Cüdoçumuz dünya çempionatında uduzdu
25.09.2018
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov ilk görüşünü qələbə ilə başa vurub.
"Dövran Media" xəbər verir ki, 1/32 finalda İsveç idmançısı Martin Paceki məğlub edən cüdoçumuz növbəti mərhələdə Monteneqro təmsilçisi Danilo Pantiç ilə qarşılaşıb.
Danilo Pantiçə qalib gələn Elmar əkkizdəbir final mərhələsinə yüksəlib.
Növbəti mərhələdə cüdoçumuz gürcüstanlı Varlam Liparteliani ilə üz-üzə gəlib. Təəssüf ki, cüdoçumuz səkkizdəbir finalda gürcüstanlı idmançıya məğlub olaraq dünya çempionatında mübarizəni dayandırıb.