Siyasi partiya sədrləri Həkəri çayına balıq buraxıblar - FOTO
24.06.2022
Zəngilan rayonunda səfərdə olan Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq Həkəri çayına balıq buraxılma mərasimində iştirak ediblər.
"DM" "Report"a istinadən xəbər verir ki, partiya sədrləri prosesə qoşularaq çaya balıq buraxıblar.
Xatırladaq ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.