Ukrayna ordusu bu ərazidən geri çəkilməyə başlayıb
24.06.2022
Ukrayna hərbçiləri Severodonetski tərk etməyə başlayıblar.
"DM" xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Oleq Qayday deyib.
Onun sözlərinə görə, qoşunların şəhərdən çıxarılması ilə bağlı qərar artıq qəbul olunub.
O qeyd edib ki, hazırda Severodonetskin ön xəttində Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyanın hərbçiləri döyüşür:
"Onlar artıq yeni möhkəmləndirilmiş rayonlara geri çəkilmək əmri alıblar. Oradan tammiqyaslı və normal döyüş əməliyyatları aparmaq mümkündür”.
Xatırladaq ki, ötən gün Oleq Qayday rusların Luqansk vilayətini tam işğal etmək üçün bütün ehtiyatlarını səfərbər etdiyini, Ukrayna ordusunun geri çəkilməyə məcbur ola biləcəyini bildirmişdi.