İranın naziri: ABŞ-ın arzusu gözündə qalacaq
25.09.2018
ABŞ İran neftini dünya bazarlarından yığışdıra bilməyəcək.
Trend-in məlumatına görə, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.
Nazir ortamüddətli perspektivdə bunun mümkün olmadığını bildirib: "Birləşmiş Ştatların qısamüddətli perspektivdə İrandan neft ixracını sıfıra endirmək planı var. Lakin ABŞ-ın bu arzusu həyata keçməyəcək".
B.N.Zəngənə qeyd edib ki, Prezident Donald Trampın OPEK-dən neftin qiymətinin azaldılması ilə bağlı tələbi sentyabrın 23-də Əlcəzair görüşündə müsbət qarşılanmadı: "Görüş iştirakçıları neft hasilatının artırılmasına zərurət görmədilər".