ABŞ Senatı Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına daxil edib
24.06.2022
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın terrorizmi himayə edən ölkələr siyahısına daxil edilməsinə dair qətnaməni təsdiqləyib.
Son qərarı ABŞ Prezidenti Co Baydenin administrasiyası verməlidir.
"Şübhə yoxdur ki, Vladimir Putin başda olmaqla Rusiya terrorizmin himayədarıdır. Onun Ukraynaya müdaxilə əmri verərkən etdikləri terror aktıdır. O, hərbi cinayətkardır və onun adından edilən hər bir cinayətə görə məsuliyyət daşıyır”, - deyə Aydaho ştatından respublikaçı senator Ceyms Riş bildirib.
Hazırda bu siyahıya dörd ölkə daxildir: Kuba, Şimali Koreya, İran və Suriya.
Mənbə: UNİAN