ANA olmaq niyə çətindir?!
23.06.2022
Həyatda daşıdığımız hər hansı bir statusun asan və çətin məqamları var. Sadə bir misalla qeyd edim ki, işçi statusunda olduğumuzda necə ki, diğərlərinə qarşı öhdəlik və məsuliyyətimiz varsa, eləcə də ANA statusunun da ciddi öhdəliyi və məsuliyyəti var.
Psixologiya elmi sübut edir ki, əgər uşaqla emosional bağlar, onu qorumaq instikti formalaşıbsa, bu
"İdeal ANA” statusunun mövcudluğundan xəbər verir.
Fikrimcə, çətinlik çəkmək mənfi hal sayıla bilməz, sadəcə hansı məqamlarda çətinlik çəkdiyinizə diqqət yetirilməlidir. Səbriniz çatmır və ya nəyi necə edəcəyinizi, zamanı düzgün bölə bilmirsiniz, planların icrasında problemlər yaşayırsınız?
Bilin ki, bu sual dolu məqamlar – çətinliklər normaldır. Bu vəziyyət sizi qorxutmasın, əsas bu çətinliklərə məğlub olmamaq, problemlərin həlli yolunda dözümlü olaraq həll yolları axtarmaq, müxtəlif metodlar tətbiq etməklə nələrsə etmək lazımdır.
İdeal ANA olmaq üçün nə etməliyəm?
Çətin məqamlarda hansı üsullardan istifadə olunmalıdır?
ANA statusunun norman vəziyyəti nədir?
ANA və ÖVLAD bağları necə formalaşır?
ART –TERAPİYA nədir?
Sizləri bu kimi sualların cavabları maraqlandırırsa, PSY.SHAHLAZEYNALLİ instagram səhifəsinə yaza bilərsiniz. Suallarınız ən qısa zamanda cavablandırılacaqdır.