Tokayevdən Nazarbayevlə bağlı açıqlama
23.06.2022
Ölkənin birinci prezidenti Nursultan Nazarbayevin nailiyyətləri inkar edilməməlidir.
"DM" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
"Bu gün cəmiyyətdə yaxın keçmişimizlə bağlı müxtəlif, qərəzli fikirlər səslənir. Lakin bizim müstəqillik dövrünün mühüm nailiyyətlərinin üstündən xətt çəkməyə haqqımız yoxdur. Yadda saxlamaq lazımdır ki, öz tarixini və liderlərini inkar edən xalqın gələcəyi yoxdur. Ona görə də mən həmvətənləri obyektiv və düzgün olmağa çağırıram”, - Tokayev bildirib.
Tokayev onu da qeyd edib ki, xalqın bu yaxınlarda keçirilən referendumda qəbul etdiyi konstitusiyaya düzəlişlər əslində ikinci respublikanın yaradılması deməkdir:
"Ölkə bütün dövlət institutlarının dərindən yenilənməsi əsasında dövlət quruculuğunun keyfiyyətcə yeni mərhələsinə keçir”.