Azərbaycan - 29 ölkədən biridir
25.09.2018
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bu gün "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin (MM) rolu" mövzusunda beynəlxalq konfransda bildirib ki, "Azərbaycan yoxsulluğun 5 faizdən aşağı endirilməsinə nail olan 29 ölkə sırasında yer alır”.
O, həmçinin qeyd edib ki, qloballaşmanın intensivləşməsi dünyada yeni çağırışlar doğurur. Onun sözlərinə görə, yeni çağırışlara cavab vermək isə dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır. Komitə sədri ötən müddət ərzində ölkə prezidenti tərəfindən bu yöndə, o cümlədən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı Dövlət Proqramı və digər bu tipli dövlət proqramları qəbul olunduğunu xüsusi vurğulayıb. E.İbrahimov Azərbaycanın həyata keçirdiyi bu işlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı, eləcə də digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini də bildirib.