Ukraynada 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb
23.06.2022
Ukraynada müharibə başlayandan 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb.
"DM" xəbər verir ki, bu barədə UNESCO-nun yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, bunlardan 70-i dini, 30-u tarixi binadır.
Bundan başqa, müharibə dövründə 18 mədəniyyət mərkəzi, 15 abidə, 12 muzey və 7 kitabxana dağıdılıb.
Təşkilat beynəlxalq hüquqa hörmətə dair çağırışını təkrarlayıb və bölgədəki mədəniyyət sahəsi üzrə peşəkarlara dəstək fəaliyyətlərini davam etdirdiyini qeyd edib.