Paşinyan Fransaya 20 məmur göndərəcək
23.06.2022
Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryanın rəhbərlik etdiyi 20 nəfərlik nümayəndə heyəti Fransaya səfər edəcək.
"DM" xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan fərman imzalayıb.
Məlumata görə, nümayəndə heyəti mərkəzləşdirilməmiş əməkdaşlığa dair Ermənistan-Fransa konfransında iştirak etmək üçün iyunun 28-dən iyulun 1-dək Lionda səfərdə olacaq.
Nümayəndə heyətinin tərkibində Terteryanla yanaşı, Ermənistan səhiyyə nazirinin müavini Artak Cumayan və regionlardan olan qubernatorlar yer alıb.