Peskov Qərbin və Ukraynanın “taxıl oğrusu” ittihamlarına cavab verib
23.06.2022
Rusiya Ukraynada taxıl oğurlamayıb.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna və Qərbin Moskvaya qarşı taxıl oğurlamaq ittihamlarını şərh edərkən bildirib.
Peskov jurnalistlərə "Rusiya heç bir taxıl oğurlamayıb” deyib.
O, bu mövzu ilə bağlı digər şərhlər üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.