Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ
25.09.2018
Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır.
İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.
"Dövran Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
"Ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”, - deyə bəyanatda bildirilir.