İrandan təhdid: Hörmüz bağlanacaq
25.09.2018
Əgər ABŞ sanksiya siyasətini davam etdirsə, İran Hörmüz boğazını bağlayacaq.
"Dövran Media" xəbər verir ki, bunu NBC televiziyasına müsahibəsində İran Prezidenti Həsən Ruhani deyib.
"Bu ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq deyil, reallıqdır. Əgər Fars körfəzindəki gəmi yolları açıq və təhlükəsiz olmalıdırsa, o zaman bu, hər kəsə şamil edilməlidir”, – deyə o bildirib.