Rus ordusu bu istiqamətdə 5 km irəliləyib
23.06.2022
Rusiya qoşunları ehtiyat əsgərlər və güclü atəş sayəsində son üç gündə Lisiçansk istiqamətində təxminən 5 kilometr irəliləyə bilib.
"DM" xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
"İyunun 19-dan Rusiya qüvvələri böyük ehtimalla Lisiçanskın cənub ətrafı istiqamətində 5 km-dən çox irəliləyə bilib. Bəzi Ukrayna bölmələri, ola bilsin, mühasirəyə düşməmək üçün geri çəkiliblər. Rusiyanın bu istiqamətdə uğuru bölmələrin gücləndirilməsi və güclü atəş nəticəsində olub. Bu irəriləməyə baxmyaraq rusların daha dərin mühasirə yaratmaq və Donetsk vilayətinin qərbini ələ keçirmək planları indiyədək dalana dirənib”, - məlumatda deyilir.