Samir Şərifov: “Rusiya-Ukrayna müharibəsi Qara dənizdə logistika problemi yaradıb”
23.06.2022
"Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) həmtəsisçisi kimi, regionun iqtisadi inkişafında göstərdiyi səylərə sadiqdir”.
"DM"-nın məlumatına görə, bunu QDTİB-in Azərbaycan üzrə təmsilçi direktoru Samir Şərifov bildirib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsi dünyanın qida təhlükəsizliyinə təhdid yaradıb:
"Müharibə Qara dənizdə logistika problemlərinə səbəb olub. Beynəlxalq maliyyə institutları bununla bağlı vəziyyəti qiymətləndirməli və analiz etməlidir”.
O əlavə edib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı yeni növ koronavirus pandemiyasının çətinliklərindən uğurla keçib.