Laçın-Kəlbəcərdə külək elektrik stansiyası tikiləcək
22.06.2022
Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyası tikiləcək.
Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Energetika Nazirliyi "Azərenerji” ASC ilə birlikdə Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyasının tikintisini təmin etməlidir.
Nazirlik 2022- 2026-cı illər ərzində layihəyə hazırlıq işlərinin görülməsi, müqavilələrin imzalanması, stansiyanın tikintisini (400 MVt gücündə) təmin etməlidir.