Rusiyada sursat anbarı partlayıb: 3 hərbçi ölüb
22.06.2022
Rusiyanın Vladimir vilayəti Barsovo kəndindəki hərbi hissənin sursat anbarında mərminin partlaması nəticəsində 4 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.
"DM" TASS-a istinadən bildirir ki, bu barədə Kirjaç rayon xəstəxanasının təcili yardım şöbəsinin nümayəndəsi məlumat yayıb.
"Barsovodakı hərbi hissədə 4 nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlər arasında üç hərbçi, bir anbar işçisi var. İndi hərbi prokurorluq hadisə yerinə gələcək, FSB işləyir”, - o bildirib.
Qeyd edək ki, Barsovo kəndi Kirjaç rayon mərkəzindən 8 km məsafədə yerləşir. O, iki hissədən ibarətdir: Mirnı mikrorayonu və hərbi hissənin qapalı şəhərciyi.