"Aİ Ukraynaya namizəd statusu verməyə hazırdır"
22.06.2022
Avropa İttifaqı (Aİ) Ukraynaya öz qapısını açmağa və ona namizəd statusu verməyə hazırdır.
"DM"-nın xəbərinə görə, bunu Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ukrayna KİV-nə açıqlamasında deyib:
"Mənim üçün Ukrayna Avropadır. Bütün Avropa ailəsi ilə birlikdə bu qədər cəsarət nümayiş etdirib, bizim də inandığımız dəyərlər uğrunda mübarizə aparan ukraynalıların üzünə qapının açılması ilə bağlı qərar verməyimiz bu həftə çox vacibdir. Biz bu qapını çox geniş açmağa hazırıq. Mən ukraynalı bacı və qardaşlarımızı öz ailəmizlə birlikdə qucaqlamağı səbirsizliklə gözləyirəm".
Metsola Ukraynanın Aİ üzvlüyü üçün namizəd statusu alacağına əminliyini vurğulayıb.