01 02 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sülhməramlılar Xankəndini xəritədən silib - Foto

22.06.2022

Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən Xankəndinin adı silinib.

"DM" Publika.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi xəritəni sonuncu dəfə 21 iyun 2022-ci il tarixində yeniləyib.

21 iyun və 20 iyun tarixlərinə aid olan xəritələrdə Xankəndinin adı qeyd olunmur. Halbuki 19 iyun tarixinə qədər olan xəritələrdə Xankəndi "stepanakert” olaraq yazılırdı.

Bu, "Rusiya sülhməramlıları Xankəndini nəzarət zonasından çıxarıb” sualını aktuallaşdırır, lakin bu sualın cavabına dair heç bir açıqlama və ya informasiya yoxdur.