Azərbaycan Əfqanıstana başsağlığı verib
22.06.2022
Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.
Bu barədə XİN-in "Twitter” səhifəsində qeyd olunub.
"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan itkisi və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, - XİN bildirib.