Ruslar jurnalisti işgəncə ilə öldürüb
22.06.2022
Ukraynalı jurnalist və fotoqraf Maks Levin və onun dostu əsgər Aleksey Çernışev Kiyev yaxınlığında dindirilmə və işgəncələrdən sonra rus əsgərləri tərəfindən edam edilib.
"DM" xəbər verir ki, bu barədə Sərhədsiz Reportyorlar Təşkilatı məlumat yayıb.
Məlumata görə, Maks Levin və onun dostu Aleksey Çernışevin ölümünü araşdıran iki müstəntiq onların Rusiya əsgərləri tərəfindən edam edildiyini sübut edən faktlar aşkarlayıb:
"Onlar Kiyev yaxınlığındakı meşədə sorğu-suallardan sonra işgəncə ilə öldürülüb”.
Qeyd edək ki, Levin və Çernışevin cəsədləri aprelin 1-də Kiyevdən 20 km şimalda, Moşçun kəndi yaxınlığındakı meşədə tapılmışdı.