Rusiyada neft emalı zavoduna dronla hücum olub - ANBAAN VİDEO
22.06.2022
Rusiyanın Rostov vilayətində Novoşaxtinski neft emalı zavodu yanır.
Bununla bağlı yayılan kadrlarda müəssisənin dron hücumuna məruz qaldığı görünür.
Hadisə nəticəsində ölən və yaralananların olmadığı vurğulanır. Hazırda yanğının sahəsinin 50 kvadratmetr olduğu bildirilir.
Qeyd edək ki, Rostov vilayəti Ukraynanın Donetsk və Luqansk vilayətləri ilə həmsərhəddir.
Xatırladaq ki, bir neçə gün öncə Ukrayna Silahlı Qüvvələri "Çernomornefteqaz” şirkətinin Rusiya tərəfindən mənimsənilmiş "Boyko qüllələri” də adlandırılan qazma qurğularına zərbə endirib. İyunun ortalarında isə Rusiyada dünyanın ən böyük yataqlarının biri hesab olunan Urenqoy qaz kəmərində partlayış olmuşdu.
Mənbə: News.ru