İranda 5,2 bal gücündə zəlzələ baş verib
22.06.2022
İranın cənubunda Hörmüzqan əyalətinin Bender Lenge rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.
Bender Makam kəndində olan 5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 01:39-da qeydə alınıb.
Zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilib.
Tələfat və dağıntılarla bağlı məlumat yoxdur.