Rusiya Donetskdə ordunun 55%-ni itirib
22.06.2022
Rusiya çoxlu sayda ehtiyat bölmələrini Donbasa köçürməyə hazırlaşır.
"DM" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin son kəşfiyyat məlumatında deyilir.
Məlumata görə, Rusiya şimalda İzyum və cənubda Popasnaya vasitəsilə Severodonetsk ərazisini mühasirəyə almağa çalışdığı bir vaxtda Donbasda güclü atışma davam edir.
Qeyd olunur ki, Rusiya hakimiyyəti martın 25-dən bəri Ukraynada hərbi itkilərin ümumi sayı barədə məlumat dərc etməsə də, onların xeyli əsgər itirdiyini təxmin etmək olar:
"İyunun 16-na olan məlumata görə, Donetsk "xalq respublikası” 2022-ci ilin əvvəlindən 2128 hərbçisinin öldüyünü və 8897 nəfərin yaralandığını deyib. Bu isə Rusiyanın Donetsk "xalq respublikası”ndakı hərbi gücünün 55%-ni itirməsi deməkdir. Rəqəmlər rus ordusunun artıq tükəndiyini göstərir. Eyni zamanda, "dxr” qüvvələrinin köhnəlmiş silah və texnika ilə təchiz olunma ehtimalı da yüksəkdir”, - kəşfiyyat xidməti bildirir.