Ərdoğan və Boris Conson Rusiya-Ukrayna müharibəsini müzakirə edib
21.06.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
"DM" NTV telekanalına istinadən xəbər verir ki, Türkiyə və Britaniya liderləri ikitərəfli əlaqələri, müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər.
Tərəflər Rusiya-Ukrayna müharibəsinə dair fikir mübadiləsi aparıblar.
Ərdoğan bildirib ki, Ukraynadan taxılın təhlükəsiz şəkildə çıxarılması üçün həll yolu tapılmalıdır.