21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya MN: Ukrayna “İlan adası”nı ələ keçirməyə cəhd edib

21.06.2022

Bu gün səhər saat 5 radələrində Kiyev rejimi kütləvi hava və artilleriya zərbələri və desant endirilməsi ümidi ilə İlan adasını ələ keçirməyə növbəti cəhd edib. Rusiyanın hava hücumundan müdafiəsi bütün hücumları dəf edib, bundan sonra Ukrayna Silahlı Qüvvələri desant hücumundan əl çəkib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Kiyevin Krımın Qara dənizdə qaz hasilatı platformalarına hücumlarına cavab olaraq Oniks qanadlı raketləri ilə Odessa yaxınlığındakı Şkolnı hərbi aerodromunda "Bayraktar TB2” olan anqarlar məhv edilib.

"Kuban adasında - 155 mm-lik M-777 haubitsalarından ibarət 2 artilleriya taqımı məhv edilib. Rusiya aviasiyası ötən sutka ərzində Odessa vilayətində Oçakov və Tuzla yaxınlığında 2 S-300 zenit raket kompleksinin buraxılış qurğusunu məhv edib", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov Lisiçansk bölgəsində Ukrayna qoşunlarının qruplaşmasının təchizatdan kəsildiyini və həmin ərazinin Rusiya silahlı qüvvələrinin atəş nəzarəti altında olduğunu söyləyib.

"Rusiya Hava Hücumundan Müdafiə sistemləri ötən sutka ərzində Xarkov vilayətinin Mazanovka kəndi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub. Bundan əlavə, Donetskin Krutaya Balka, Xarkov vilayətinin Dibrovo, Kapitolovka, Liptsı və Zavodlar yaşayış məntəqələri ərazilərində də havada Ukraynaya məxsus 19 pilotsuz uçuş aparatı vurulub", - deyə rusiyalı general qeyd edib.