Təbrizlilər divarlara yazıb: “Milli Hökumət”
21.06.2022
İyunun 20-i axşam saatlarında Təbrizdə bir qrup güneyli milli mədəni fəal Azərbaycan türklərinin əsas şüarları olan "Azadlıq, ədalət, milli hökumət” şüarı və azərbaycanlı siyasi məhbusların şəkillərinin yer aldığı posterlər hazırlayıb, şəhərin divarlarına yapışdırmaqla onlara azadlıq tələb ediblər.
"DM" xəbər verir ki, 8 güneyli siyasi məhbusun şəkillərinin əks olunduğu posterlərdə "Güney Azərbaycanın siyasi məhbuslarına azadlıq” şüarı və "Azadlıq, ədalət, milli hökumət” sözləri yazılıb.