Peskov: Suriyaya S-300-lər buna görə veriləcək
24.09.2018
Rusiyanın Suriyaya S-300 zenit raket kompleksləri göndərmə qərarı üçüncü bir ölkəni hədəf almır, Suriyadakı rus qüvvələrinin təhlükəsizliyini artırmağa yönəlib.
"Dövran Media" xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
"Burada məqsəd əsgərlərimizin təhlükəsizliyini artırmaqdır. Rusiya mövcud vəziyyətdə öz mənafeyinə uyğun şəkildə hərəkət edir”, - Peskov bildirib.