03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nazir bağçalarda qanunsuz pul yığımından danışıb

21.06.2022

Təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) valideynlərdən qeyri-qanuni pul alınması məsələsinə münasibət bildirib.

"DM" Report-a istinadən xəbər verir ki, nazir hazırda uşaq bağçalarının əksəriyyətinin fəaliyyətini qənaətbəxş saydığını vurğulayıb.

E.Əmrullayev qeyri-qanuni pul yığılması məsələsinə gəlincə, bunun həm obyektiv, həm də subyektiv səbəbdən baş verdiyini deyib:

"Yəni bu hal heç də həmişə insanlara bağlı məsələ olmur. Bəzi hallarda bağçaların infrastrukturu, onlara verilən avadanlıq və oradakı vəziyyət buna imkan vermir. Bəzi hallarda isə insanlarla, bağçanın rəhbərliyi və s. ilə bağlıdır”.

Nazir qeyd edib ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra işçilərlə bağlı müvafiq intizam tədbirləri görülməyə başlanıb, yaxın həftələrdə ictimaiyyət bununla bağlı məlumatlandırılacaq:

"Proses davam edir və daha detallı məlumat verə bilmərəm. Ümumtəhsil müəssisələrində pul yığılmasının qarşısının alınması kifayət qədər vaxt tələb etdi. Uşaq bağçalarında da oxşar yanaşmalar tətbiq ediləcək. İstənilən halda istənilən təhsil müəssisəsində qeyri-qanuni pul yığılmasının əleyhinəyik. Belə hallar aşkarlanarkən hər hansı güzəşt olmadan müəssisə rəhbərləri ilə bağlı ciddi intizam tədbirləri görülür”.