İtaliya miqrasiya qanunlarını sərtləşdirdi
24.09.2018
İtaliya miqasiya siyasətini sərtləşdirib.
"Dövran Media" xarici KİV-ə istinadən xəbər verir ki,bu barədə ölkənin daxili işlər naziri Matteo Salvini açıqlama verib.
"Miqrasiya və təhlükəsizlik, bu gün Nazirlər Şurası 12:38-də qərarı yekdilliklə təsdiqlədi. Mən xoşbəxtəm. İtaliyanı təhlükəsiz etmək üçün irəliyə doğru daha bir addım”- deyə siyasətçi Facebook-da yazıb.
Qanun qaçqınların qəbulu ilə bağlı qaydaları daha da sərtləşdirir. Sığınacaq istəyənlərin bu hüquqdan məhrum edildiyi cinayətlərin siyahısı genişlənəcək və onlar dərhal ölkədən qovulacaqlar.
İtaliyanın milli təhlükəsizliyinə təhdid yaradan şəxslərin vətəndaşlıqdan məhrum olunması da qanunda yer alıb.