Ermənistan deputatları Türkiyəyə gediblər
21.06.2022
Ermənistan parlamentinin hakim "Mülki müqavilə” fraksiyasından olan deputatları Hasmik Akopyan və Tsovinar Vardanyan Türkiyənin İstanbul şəhərində səfərdədir.
"DM” "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qanunverici orqan məlumat yayıb.
Bildirilib ki, onlar Parlamentlərarası İttifaqın miqrasiya məsələlərinə həsr olunan forumunda iştirak edirlər.
Səfər iyunun 22-də başa çatacaq.