Peskovdan etiraf: Şimal Axını tam iflic olub
21.06.2022
Antirusiya sanksiyaları Şimal Axını kəmərinin işini tamamilə iflic vəziyyətinə salıb.
"DM" xəbər verir ki, bu barədə danışan Kreml sözçüsü Dmitri Peskov Qərbi günahlandırıb.
Peskov qeyd edib ki, Rusiya Şimal axını-1 ilə qazı tam həcmdə tədarük etməyə hazırdır, lakin bunun üçün Avropa təmir edilmiş turbinləri geri qaytarmalıdır:
"Texnoloji nöqteyi-nəzərdən bu kəmərin mexaniki infrastrukturu Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara görə əziyyət çəkir. Nasos gücü, yəni turbinlər əsaslı təmirdən keçməlidir. Bəzi turbinləri geri qaytarmaq mümkün deyil. Avropalılar onları öz yerinə qaytarmır. Bu, insan tərəfindən yaradılmış böhrandır və AB-nin əli ilə yaradılmışdır”.
Qeyd edək ki, Rusiya Şimal Axını-1 ilə qaz nəqlini 40% azaldıb.