21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Başbuğ: Müdafiə yarıldı,ruslar tarixi məğlubiyyətlə üz-üzə

21.06.2022

Rusiyanın Ukraynanın cənubundakı varlığı haqqında Mariupol üzərindən çox bəhs edilib. Ruslar Xarkova kimi uzanan dəhlizi tutmaq üçün Xersonu da işğal etdilər. Lakin ruslar nə etsələr də, yerli əhalini qazana bilmədilər. Xalq dirəndi və rus bayrağı asmağı rədd etdi, müqavimət göstərdi. Dolayısı ilə işğal edilməsinə baxmayaraq, Xerson bu müddət ərzində heç vaxt Rusiyanın olmadı.

Bu sözləri Ukrayna ordusunun Xersonda Rusiyanın birinci müdafiə xəttini yarmasını şərh edən Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti, istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik Ukraynanın yarılma xəttini genişləndirməsi halında Rusiyanın məğlubiyyətlə üzləşəcəyini vurğulayıb:

"Krımla quru sərhədi olan Xersonda Ukraynanın rusların birinci müdafiə xəttini yarması ölkənin şərqində, xüsusilə Donbasda qüvvələr balansını tamamilə dəyişə bilər. Çünki Rusiyanın əsas hədəfi Xersonla Xarkov arasındakı dəhlizi bağlamaq və şərqdə qalan Ukrayna hərbi birləşmələrini məhv etməkdir. Əgər Xersonda Ukraynanın yardığı müdafiə xətti genişlənsə, ruslar döyüş meydanında ciddi şəkildə məğlubiyyətlə üzləşməli olacaq. Kiyev buna nail ola bilərmi? Ölkənin hazırki gücü bunun üçün kifayət etmir. Lakin Qərb vəd etdiyi dəstəyi versə, bu dəfə Rusiya şərqdə tarixi məğlubiyyət yaşaya bilər. Qeyd etdiyimiz amillərə görə, prosesin gedişatı haqqında qəti fikir söyləmək mümkün deyil. Gözləmək və hadisələrin inkişafını izləmək lazımdır”.