Bakı-Quba yolunda DƏHŞƏT: Kabinədə asılmış kişi meyiti tapılıb
21.06.2022
Xızı rayonu ərazisində avtomobildə asılmış kişi meyiti aşkarlanıb.
"Qafqazinfo” xəbər verir ki, dünən Bakı-Quba yolunun Sitalçaydan keçən hissəsində "Shacman” markalı, 21-BG-404 dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsində asılmış kişi meyiti tapılıb.
İlkin araşdırmalardan sonra meyitin Gədəbəy rayon sakini, 1980-ci il təvəllüdlü Tural Əziz oğlu Abdullayevə məxsus olması məlum olub.
Belə ki, yük maşınının sürücüsü olan 42 yaşlı şəxsin özünü kabinədən asaraq həyatına son qoyması müəyyən edilib.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.