03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Məşhur şirniyyatların satışına QADAĞA

24.09.2018

Qida Təhlükəsizliyi Agentliyi idxal olunan bəzi məşhur şirniyyatların satışına qadağa qoyulması məlumatlarına aydınlıq gətirib.
Agentlikdən verilən acıqlamaya əsasən, son günlər ölkəyə idxal olunan bəzi şirniyyat məhsulları ilə bağlı ümumiləşdirilmiş və dəqiq olmayan məlumatlar yer alıb.
Qurum vətəndaşların nəzərinə çatdırır ki, qeyd olunan məhsullar ("Ozmo” əmtəə nişanlı "Ogopogo” keks, "ETİ” əmtəə nişanlı "Pop kek” (limon) və "Tutku” məhsullarından, həmçinin "Nutti” və "Monte Lemo” əmtəə nişanlı şokolad yağlarından və "Bonduelle” əmtəə nişanlı yaşıl noxud konservindən ) müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və idxal olunuan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur:
"Məlumat verildiyi kimi, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan"Ozmo” əmtəə nişanlı "Ogopogo” keks, "ETİ” əmtəə nişanlı "Pop kek” (limon) və "Tutku” məhsullarından, həmçinin "Nutti” və "Monte Lemo” əmtəə nişanlı şokolad yağlarından və "Bonduelle” əmtəə nişanlı yaşıl noxud qida məhsullarının satışı qadağan olunmuş və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılmışdır".
Satış şəbəkələrindən yığışdırılmış həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir. Hazırda satış şəbəkələrində eyni adda olan məhsullar digər partiyalara aid olan məhsullar olmaqla Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətdən keçmiş təhlükəsiz məhsullardır.