İran polisi günahsız gənci güllələyib
20.06.2022
İyunun 19-da İranın Yasuc-Səmirom avtomobil yolunda, Qara körpüsündə Fuad Peykəri adlı gənc heç bir qanun pozuntusu törətmədiyi halda polislər tərəfindən güllələnərək öldürülüb.
"DM" xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, bu dəhşətli cinayətin ardından qəzəbli əhali polis avtomobilinə hücum edərək onu yandırıb.