21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ ermənilərə 400 min dollar ayırıb

20.06.2022

ABŞ-ın Ermənistandakı səfirliyi bütün maraqlı təşkilatların iştirak edə biləcəyi ictimai diplomatiya üzrə açıq təkliflər çağırışı elan edib.

"DM" xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, bu təşəbbüsün məqsədi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə xalqları arasında sülh üçün lazımi şəraiti təmin etməkdir.

Təklif olunan proqramlarda tədqiqat, təhsil, məlumatlılığın və inamın artırılması təşəbbüslərinə diqqət yetirilir.

Layihənin məqsədləri:

- Ermənistan və Azərbaycan, Ermənistan və Türkiyə məsələlərində xalq diplomatiyasına rəhbərlik edən şəxslər şəbəkəsinin möhkəm təməlini təmin etmək və genişləndirmək;

- Münaqişədən sonrakı dövrdə mövcud mənzərəni və potensialı daha çox öyrənib və daha yaxşı təqdim etmək, Ermənistan və Azərbaycan, Ermənistan və Türkiyə məsələlərinə dair ictimai təsəvvürlərin dəyişməsinə töhfə vermək;

- Münaqişədən sonrakı dövrdə mövcud mənzərəni və mövcud potensialı daha çox öyrənib və daha yaxşı təqdim etmək;

- Ermənistan və Azərbaycan, Ermənistan və Türkiyə məsələlərinə dair ictimai təsəvvürlərin dəyişməsinə töhfə vermək;

- Regionda sülhü təşviq etmək üçün yeni modellərin potensialını nəzərdən keçirmək;

- Tolerantlığın və qarşılıqlı anlaşmanın getdikcə daha çox cərəyan etdiyi, xalqlar səviyyəsində təmasların həyata keçirildiyi, hər bir icmada cəmiyyətin getdikcə daha geniş təbəqəsinin təhsilinə və cəlb olunmasına imkan verən qeyri-rəsmi şəbəkələrin və mexanizmlərin mövcud olduğu mühitin formalaşmasını stimullaşdırmaq.

Səfirlik 5 layihə olmaqla ümumilikdə bu il üçün 400 min dollar ayırıb.