BMW YANIR
24.09.2018
Cənubi Koreyada son iki gündə daha 2 BMW avtomobilində yanğın faktı qeydə alınıb.
Hər iki BMW 5-ci seriyadan dizel yanacağı ilə işləyən avtomobil olub. Hər iki halda insan tələfatı baş verməyib.
Qeyd edək ki, BMW korporasiyası dizel yanacağı ilə işləyən avtomobillərin mühərriklərinin qaz dövriyyəsi sistemindəki qüsurlara görə ötən aydan başlayaraq Cənubi Koreyada 106 mindən çox avtomobilin geri çağırılmasına başlayıb. Buna səbəb 40-a yaxın BMW avtomobilinin mühərrikinin anidən alışıb yanmasıdır. Avqustda Cənubi Koreyada BMW sahibi olan 1226 nəfər baş verən hallardan narahatlıq keçirərək, istehsalçı şirkəti məhkəməyə vermək qərarına gəlib. Onlar maddi və mənəvi ziyana görə hər adama 15 milyon Koreya vonu (təxminın 13,5 min ABŞ dolları) kompensasiya tələb edirlər.