50 zabiti məhv etdik: Londonu vurarıq - Solovyov
20.06.2022
Rusiya silahlı birləşmələri 19 iyunda Ukrayna ərazisində yerləşən hərbi qərarverici mərkəzə zərbə endirilib. Bu, rəsmi Kiyevə və bütün kollektiv Qərbə Moskvanın cavabıdır.
"DM" xəbər verir ki, bu fikirləri Rusiyanın qalmaqallı teleaparıcısı Vladimir Solovyov "Bazar axşamı” proqramının efiri zamanı səsləndirib.
"Biz göstərdik ki, lazım olanda möhkəm də vura bilirik. İndi artıq bir çox ölkələr düşünməli olacaq. Londona, Varşavaya zərbələr endirilə bilər. Görək onda nə deyəcəklər... Bizim necə cavab verəcəyimizi onlar yaxşı bilir...” - deyə o qeyd edib.
Qeyd edək ki, dünən Rusiya Ukrayna ordusunun Dnepropetrovskdakı idarəetmə məntəqəsinə "Kalibr” raketi ilə zərbə endirib. Məlumata görə, zərbə nəticəsində aralarında generalların da olduğu 50-dən çox zabit ölüb.