Pentaqon zərbə PUA-larını Ukraynaya niyə vermək istəmir?
18.06.2022
ABŞ-ın Müdafiə Nazirliyi kəşfiyyatçı-zərbəçi MQ-1C Gray Eagle pilotsuz uçan aparatların Kiyevə satış prosesini dayandırıb.
"DM" Publika.az-a istinadla xəbər verir ki, Ağ Evin belə bir qərarının səbəbi ən müasir aviasiya avadanlığının rusiyalı hərbçilərin əlinə keçə biləcəyi ilə bağlı Pentaqonun müəyyən tərəddüdlərinə əsaslanır.
Mənbənin məlumatna görə, ABŞ hakimiyyəti yeni nəsil PUA-ların Kiyevə satışına dair heç bir rəsmi açıqlama verməyib. Ağ Ev sadəcə bu ideyanı dəstəkləyib, amma Pentaqonun hərbi texnologiyaların təhlükəsizliyini təmin edən idarəsi buna etirazını bildirib.
Pentaqonun rəsmi nümayəndəsi Syu Qof bu tip sövdələşmələrin razılaşdırılması proseduruna aydınlıq gətirib: "Texnologiyanın gələcək təhlükəsizliyinin yoxlanması ABŞ-ın müdafiə məhsullarını bütün beynəlxalq tərəfdaşlara satışı zamanı gözlənilən standart təsrübədir. Burada hər bir razılaşmaya ayrıca baxılır və proses çərçivəsində milli təhlükəsizliklə bağlı əndişə və tərəddüdlər müvafiq dövlət strukturunun nəzərinə çatdırılır”.