Kuleba: “Eyni gündə bunu gözləmirdik”
17.06.2022
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa Komissiyasının Ukraynaya namizəd statusu verilməsi ilə bağlı qərarına münasibət bildirib.
"DM" xəbər verir ki, "Twitter" hesabında paylaşım edən nazir bu hadisənin Ukraynanın Rusiyaya viza rejimi tətbiq etmək qərarı ilə eyni günə təsadüf etməsinin tarixi təsadüf olduğunu vurğulayıb.
"Eyni gündə Avropa Komissiyası Ukraynaya Avropa İttifaqına (Aİ) üzvlük üçün namizəd statusu verilməsini tövsiyə edir və Ukraynada Prezidentinin qərarı ilə Rusiya ilə viza rejiminin tətbiqi qərarı qəbul edilir. Biz bu cür təsadüfü planlaşdırmamışdıq, tarix özü kimi hara doğru getməsi ilə bağlı simvol yaratmağa qərar verdi”, - nazir vurğulayıb.
Kuleba Avropa Komissiyasının müsbət qərarını alqışladığını və bunun Ukraynanın gələcək transformasiyasında böyük rol oynayacağını qeyd edib.