Fransa Rusiyadan qaz almağı dayandırıb
17.06.2022
Fransa Rusiyadan təbii qaz alışını dayandırıb.
"DM" xəbər verir ki, bu haqda Avropanın və Fransanın ən böyük təbii qaz daşıma və paylama şirkətlərindən olan GRTGAZ açıqlama yayıb.
Verilən açıqlamada Fransanın mövcud qaz ehtiyaclarının həcmini 50%-dən 56%-ə qaldırdığı, buna görə enerji təminatında heç bir problemin olmayacağı vurğulanıb.