Çavuşoğlu: “İsveçin daxilində onun NATO-ya üzvlüyünü istəməyən şəxslər var”
17.06.2022
İsveçin daxilində onun NATO-ya üzv olmağını istəməyən qurum və rəsmi şəxslər də var.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Xorvatiyaya səfəri zamanı deyib.
O qeyd edib ki, terror təşkilatı olan PKK/YPG isə bunun üçün əlindən gələn hər şeyi edir, İsveç şəhərlərində rahat şəkildə yürüşlər keçirir.
Nazir İsveçin NATO-ya üzv olmaq üçün PKK/YPG ilə mübarizədə qətiyyətli addımlar atmağının lazım olduğunu xatırladıb.