Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd statusu verilməsini tövsiyə edib
17.06.2022
Avropa Komissiyası Ukraynaya və Moldovaya Avropa İttifaqına (Aİ) namizədi statusu verilməsini tövsiyə edib.
"DM" "Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə komissiyanın Prezidenti Ursula von der Leyen bildirib.
"Ukrayna Avropa dəyərlərinə və standartlarına uyğun yaşamaq istəyini və qətiyyətini açıq şəkildə nümayiş etdirib”, - von der Leyen qeyd edib.