Orqan Transplantasiyası Mərkəzi iki ay ərzində istifadəyə veriləcək
17.06.2022
"Orqan Transplantasiyası Mərkəzinin yaxın bir-iki ayda açılışı olacaq”.
Bunu səhiyyə naziri Teymur Musayev bildirib.
Onun sözlərinə görə, Mərkəzin iş prinsipi barədə ictimaiyyətə geniş məlumat veriləcək: "Donorlar, orqana ehtiyaca olanların bazaları barədə məlumatlar təqdim olunacaq. Artıq təmir-tikinti işləri başa çatmaqdadır, müasir bir Mərkəz olacaq ”.