Səhiyyə naziri meymunçiçəyi ilə bağlı əhaliyə müraciət edib
17.06.2022
"Hələlik meymunçiçəyinin geniş yayılması üçün bir səbəb yoxdur”.
Bunu səhiyyə naziri Teymur Musayev bildirib.
Teymur Musayev deyib ki, dünyada bununla bağlı 2 minə yaxın hadisə qeydə alınıb, amma indiyə qədər meymunçiçəyi ilə birbaşa bağlı olan ölüm hadisəsi qeyd edilməyib: "Fürsətdən istifadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim. Sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq duraraq, normal həyat tərzinə davam edə bilərlər”.