“Apple” yenidən dünyanın ən bahalı brendi olub
17.06.2022
"Apple” dünyanın ən bahalı brendi adını yenidən qazanıb.
Bu barədə "Kantar” şirkətinin "Brandz Top 100 Most Valuable Global Brands” reytinqindən məlum olub.
Hazırda "Apple” brendi 947,1 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da ötən illə müqayisədə 55% yüksəkdir. Sonuncu dəfə bu brend 2015-ci ildə birinci pillədə qərarlaşmışdı.
İlk beşliyə həmçinin aşağıdakılar daxildir:
"Google” - dəyəri bir il ərzində 78% artaraq 820 milyard dollara yaxınlaşıb;
"Amazon” - dəyəri cəmi 3% artaraq 706 milyard dollar təşkil edir;
"Microsoft” - brend 49% bahalaşaraq 611 milyard dollara yüksəlib;
"Tencent” - 11% ucuzlaşıb və 214 milyard dollar dəyərindədir.
Mənbə: Bloomberg