Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANIB
17.06.2022
Dünya bazarında "Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
"DM" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,78 ABŞ dolları və ya 2,92% azalaraq 125,63 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.