Kremldən 3 liderin Kiyev səfərinə reaksiya
16.06.2022
Kreml ümid edir ki, Fransa, İtaliya və Almaniya liderləri Kiyevə səfər zamanı Zelenskini vəziyyətə real baxmağa təşviq edəcəklər.
"DM" xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Kreml ümid edir ki, Makron, Draqi və Şolts Ukraynaya silah verməyə yönəlməyəcəklər, bu, insanların iztirablarını uzadacaq”, - o bildirib.
O qeyd edib ki, Avropa liderləri yəqin, taxıl mövzusunu da müzakirə edəcəklər:
"Çünki Rusiya üçün Ukraynanın mövqeyi hələ də aydın deyil".