23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sabiq Prezident Gürcüstanın Aİ-yə namizədlik statusu əldə edəcəyinə ümid edir

16.06.2022

Ümid edirəm və gözləyirəm ki, Gürcüstan Avropa İttifaqına (Aİ) namizədlik statusunu əldə edəcək.

Bunu IX Qlobal Bakı Forumunda iştirak edən Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili  deyib.

O bildirib ki, namizədliklə bağlı yerinə yetirilməli bir çox tələb var: "Bu faktdır. Mən düşünürəm ki, hazırkı hökumətin bir çox ciddi səhvləri və fəaliyyətləri var. Bizim avropalı tərəfdaşlarımız uzun illər çalışıblar ki, Gürcüstanda fikir ayrılığına, problemlərin həllinə dəstək versinlər, kömək etsinlər.

Gürcüstan hökuməti bəzən gürcü xalqının fikirlərini təmsil etmir. Gürcü xalqı NATO-ya, Aİ-yə üzvlük üçün böyük səy göstərib, işlər görüb. Və düşünürəm ki, bəzi mürəkkəb məqamlar bizim tarixi imkanlarımızı, şansımız oğurlamamalıdır”.

Sabiq Prezidentin sözlərinə görə, Sovet İttifaqı dağılandan bəri uzun müddətdir ki, Rusiya Gürcüstan üçün təhdid olmağa davam edib: "Biz aktiv Rusiya işğalı ilə üzləşmişik.

Yəni, biz həmişə Rusiya təhdid altında olmuşuq, bu şəraitdə yaşamışıq, bizim ərazimizin 20 faizi işğal olunub”.